LuxenHouse.az

LuxenHouse.az





Şirkətlər / Məhsullar / "GLASS HOUSE" MMC

"GLASS HOUSE" MMC

ŞIRKƏT HAQQINDA

Yaranma tariximiz

2000-ci ildən dünyanın müxtəlif ölkələrinin tanınmış şüşə və güzgü istehsalçılarının məhsullarının idxalı ilə fəaliyyətə başlayan “Glass House”  MMC Azərbaycanın inşaat bazarının şüşə sektorunda addım atan ilk şirkətlərdəndir.

2005-ci ildə ilk istehsalını satin (mat) və dekorativ şüşələrin hazırlanması ilə başlamışdır.

2007-ci ildə tikinti və arxitekturada şüşə emalına olan tələbatı nəzərə alaraq, Finlandiyanın “Glaston Finland” və İtaliyanın “Glaston İtalia” şirkətindən beynəlxalq standartlara tam cavab verən yüksək keyfiyyətli temper xəttini və müxtəlif çeşidli digər avadanlıqları əldə edərək müştərilərinə yeni istehsal sahələri təqdim etdi.

2010-cu ildə “Glass House” Azərbaycanda analoqu olmayan, dünya üzrə məşhur İtaliyanın “Bovone” və “Maroso” şirkətlərinin istehsalı olan laminat şüşə xəttini quraşdıraraq çoxlaylı laminat şüşələrin istehsalına başladı.

2011-ci ildə isə Almaniyanın “Bystronic-Lenhard” şirkətinin müxtəlif növ çoxfunksiyalı şüşəpaketlər istehsal edən tam avtomatik paketləmə xətti istismara verildi.

 

Məqsədlərimiz

“Glass House” dinamik kadrları və innovasiyalara  asan uyğunlaşan texnoloji qüvvəsi ilə şüşə və şüşə emalı sahəsində seçilmiş şirkətlərdən biridir.  Yalnız düzgün texnologiyaya məxsus istehsalatın və təcrübəli personalın köməyi ilə yüksək keyfiyyətli dünya stantardlarına uyğun məhsullar istehsal etmək mükündür və bu sahədə məqsədlərimiz:

Ø   Keyfiyyət və təhlükəsizlik  standartlarına uyğun məhsullar istehsal edərək daima bu sahənin qabaqcıl şirkəti olmaq

Ø   Etik dəyərlərə malik işçi heyyətlə müştəri məmnuniyyətini və potensialını artırmaq

Ø   Işçi heyyətin məmnuniyyətinə və təhsilinə böyük önəm verərək sektorda rəqabət gücünü artırmaq

Ø   Yeni texnologiyalardan istifadə edərək  ətraf mühitə vurulan ziyanı minimuma endirmək və bu istiqamətə daim önəm vermək

Ø   Işçilərimizlə, müştərilərimizlə, əməkdaşlıq etdiyimiz bütün digər istehsalçı şirkətlərlə uzunmüddətli əməkdaşlıqlara  nail olmaq

Ø   Müvafiq standartlara tam cavab verən məhsul istehsal etmək

Ø   Məşğul olduğumuz sahə üzrə elmi-tədqiqat işlərinə və araşdırmalara daim şərait yaratmaq

 

Nailiyyətlərimiz və mükafatlarımız

“Glass House” şirkətinin nəaliyyətlərinin ən başlıcası, müştərilərə yaratdığı potensial imkanlar,  dünya standartlarına uyğun istehsal etdiyi məhsullar,  punktual və gülərüz, təcrübəli kadrlardır.

Bunun nəticəsi olaraq:

01.03.2010-cu il tarixində Parisdə fəaliyyət və biznes sahəsində əldə etdiyi nailiyyətlərə görə “Keyfiyyət Üzrə Avropa Qızıl Mükafatı” (Yeni Minillik Mükafatı) ilə təltif edilmişdir.  Mükafat “Ticarət Liderləri Klubu” təşkilatı və “OFİS” nəşriyyatı tərəfindən verilmişdir.

29.03.2010-cu il tarixində Berlində şirkətimiz “Mükəmməllik və Qüsursuz İcrasına Görə”, “Otherways Management Association Club” tərəfindən ümumdünya mükafatı ilə təltif edilmişdir.

24.04.2012-ci il tarixində  şirkətimiz, Şüşə emalı sahəsində əldə etdiyi nailiyyətlərə görə "UĞUR 2011" Milli mükafatına layiq görülüb.

İqtisadiyyat və biznes sahələrində illik milli mükafat olan "UĞUR"  mükafatı "Consulting & Business" jurnalı tərəfindən təqdim  olunub.

 

 

Tərəfdaşlarımız

AGC – Yaponiya

Pilkington – İngiltərə

Guardian – ABŞ

Saint-Gobain – Fransa

Şişecam – Türkiyə

Salavatsteklo – Rusiya

Saratovstroysteklo – Rusiya

Kaveh Glass İ.G. – İran

Liya – İran

Rider Glass - Çin

 

Telefon: (+99412) 514 98 77; (+99412) 514 86 86
Fax: (+99412) 514 98 98
E-mail:
Veb: http://www.glasshouse.az
Ünvan: Nərimanov rayonu, X.Ulutürk 137C, AZ1029, Azərbaycan, Bakı
h
h
h
h

 

Ən çox baxılan 5 şirkət

Son foto

gallery

Son video

Son əlavə olunmuş şirkət

Embawood mebel mağazası - 2
Universal dükan şəbəkələri və supermarketlər