LuxenHouse.az

LuxenHouse.az





Şirkətlər / Səhiyyə xidməti / Medeks MMC

Medeks MMC

2008-ci ildə Medeks MMC 2006-cı ildə fəaliyyətə başlamış Yoskos Co LTD şirkətinin rebrendinqi nəticəsində yaradılmışdır.
Şirkət öz fəaliyyətini əsasən 3 istiqamətdə qurmuşdur: 
1. Müxtəlif profilli tibbi, sanator-kurort müəssisələrin qurulması və avadanlıqlarla təchiz olunması;
2. Kosmetoloji mərkəzlərin və Spa komplekslərinin qurulması və müvafiq avadanlıqlarla təchiz olunması;
3. Müxtəlif təyinatlı laboratoriyaların (qida, kriminalistik və kliniki) qurulması və təchiz olunması.
Şirkət hal-hazırda dünyanın tibbi və kosmetoloji avadanlıqlar istehsal edən çoxsaylı şirkətləri ilə uğurla əməkdaşlıq edir. Medeks MMC-nin əməkdaşlıq etdiyi şirkətlərin təyinatları elə seçilmişdir ki, tibbin, kosmetologiyanın və laboratoriya sektorunun bütün sahələrini əhatə edə bilsin. Aparılan uğurlu marketinq siyasəti nəticəsində fəaliyyətdə olduğu qısa müddət ərzində Medeks MMC müştərilərin rəğbətini qazana bilmişdir. Şirkətin baş ofisində və satış məntəqələrində çalışan yüksək ixtisaslı satınalma və satış menecerləri, Ali texniki təhsilli mühəndislərin sayəsində müştərilərə vaxtında və keyfiyyətli xidmət göstərilir. Şirkət öz fəaliyyətində personalın təliminə ciddi fikir verir. Burada çalışan həm texniki, həm də satış personalı vaxtaşırı olaraq müxtəlif xarici ölkələrdə öz ixtisaslarını artıra bilir və eləcə də, şirkətin dəvəti ilə ölkəmizə gələn çoxsaylı ekspertlərin təcrübəsindən faydalana bilirlər.
Şirkət indiyədək 30-dan çox müxtəlif profilli dövlət və özəl müəssisələrin qurulmasında iştirak etmişdir.
Təqdirəlayiq haldır ki, bu müəssisələr təkcə ölkəmizin paytaxtı Bakı şəhərində deyil, həm də ölkəmizin bölgələrində də açılmışdır.


 

Ən çox baxılan 5 şirkət

Son foto

gallery

Son video

Son əlavə olunmuş şirkət

Embawood mebel mağazası - 2
Universal dükan şəbəkələri və supermarketlər